mobil versiya

Bu il 23 aqropark dövlət qeydiyyatına alınıb


Bu il ərzində Azərbaycanda 21 özəl və 2 dövlət aqroparkı olmaqla ümumilikdə 23 aqropark qeydiyyata alınıb və 59 sahibkarlıq subyektinə rezidentlik verilib.
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi bildirir ki, aqroparkların fəaliyyətində dəyər zəncirinin formalaşdırılması, effektivliliyin artırılması, həmçinin hüquqi çərçivənin müəyyən olunması məqsədilə ölkə Prezidentinin 21 dekabr 2021-ci il tarixli fərmanı ilə “Aqroparklar haqqında Nümunəvi Əsasnamə” təsdiq olunub.
Həmin əsasnaməyə uyğun olaraq aqroparkların rəsmi qeydiyyata alınması prosesinə başlanılıb.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 28-09-2023, 17:02