mobil versiya

"Qeydiyyat məsələləri ilə bağlı "ASAN xidmət"ə müraciət edilməlidir" - DİN



Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır.
Qeyd olunub ki, DİN vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülməsi təmin edir.

KARUSEL / CƏMİYYƏT
Tarix: 27-12-2023, 13:51