mobil versiya

Viza düzəltmək adıyla vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb


Xarici ölkələrə viza düzəltmək adıyla vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməllərində şübhəli bilinən Piriyev Rüfət polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
DİN mətbuat xidməti bu barədə məlumat yayıb.
Qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Rüfət Piriyev “GreencardAzerbaijan” şirkətinin direktoru kimi tanınırdı. Şirkət ABŞ-a mqirant lotereyasında iştirak üçün müraciətləri qəbul edirdi.
ABŞ səfirliyi rəsmi açıqlamasında bu şirkətin lotereya ilə bağlı heç bir rəsmi bağlantısının olmadığını bəyan edib.

KARUSEL / HADİSƏ
Tarix: 9-01-2024, 22:16