mobil versiya

Mənzildən 23 min manat pul oğurlayan saxlanılıb


Bakıda mənzildən 23 min manat pul oğurlanıb.
Daxili İşlər Nazirliyindən bildiriblər ki, yanvarın 12-də Nəsimi rayonu ərazisində mənzillərin birindən 23 min manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

KARUSEL / HADİSƏ
Tarix: 19-01-2024, 11:10