mobil versiya

Qazaxıstan və Azərbaycan iqtisadi əməkdaşlığı inkişaf etdirirlər




Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycanın İqtisadiyyat Naziri Mikayıl Cabbarovla növbəti görüş keçirib.

Tərəflər ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika və energetika sahələrində ikitərəfli əməkdaşlığın indiki vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Vurğulanıb ki, ötən il baş tutan Qazaxıstanın və Azərbaycanın Dövlət Başçılarının qarşılıqlı səfərləri və QR-nın Baş Nazirinin Azərbaycana rəsmi səfəri ikitərəfli kooperasiyasının inkişafına təkan verib. Alim Bayel ölkələr arasında ticarət dövriyyəsinin davam edən artımını qeyd edib və bu tendensiyanın qorunmasının vacibliyinə diqqət çəkib.

Öz növbəsində, Mikayıl Cabbarov vurğulayıb ki, Qazaxıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlıq siyasi əməkdaşlıqdan geri qalmamalıdır. Bu kontekstdə o, həm iki ölkə, həm də bütün region üçün böyük geoiqtisadi əhəmiyyətə malik birgə layihələrinin həyata keçirilməsini yüksək qiymətləndirib. Xüsusi diqqət Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) infrastruktur və logistika layihələrinin həyata keçirilməsinə, Azərbaycan üzərindən Qazaxıstan neftinin tranzitinə, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin (FORX) çəkilməsi ilə bağlı işlərə, habelə Xəzər dənizinin dibi ilə dərin dəniz elektrik kabelinin çəkilməsinə dair əldə olunmuş razılıqlara yetirilib.

Tərəflər, təkcə iki ölkədə deyil, həmçinin xaricdə birgə layihələrin həyata keçirilməsində, Qazaxıstan taxılının Azərbaycana ixracatının və Azərbaycan meyvə-tərəvəz məhsullarının Qazaxıstana tədarükünün artırılmasında qarşılıqlı marağını bildirdilər. Həmçinin, iqtisadi əməkdaşlığın dərinləşməsinə yönələn yeni təşəbbüslər müzakirə olunub.

İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın müsbət dinamikası qorunub saxlanılmaqdadır. 2023-cü ilin 11 ayının nəticələrinə əsasən, Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2022-ci ilin analoji dövrü ilə müqayisədə 19% artıb. 2023-cü ildə Orta Dəhliz (TBNM) üzrə daşımalar 65% artaraq, 2,76 milyon tonndan çox olub. Bu iş Prezident K.K. Tokayevin “Ədalətli Qazaxıstanın İqtisadi Kursu” adlı Müraciətdə göstərilən tapşırıqlara uyğun olaraq aparılır.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 31-01-2024, 15:00