mobil versiya

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb



Yanvarın 31-də ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Axtarışda olduğuna görə ümumilikdə 127, o cümlədən borclu şəxs qismində axtarışda olan 101 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.


KARUSEL / HADİSƏ
Tarix: 1-02-2024, 09:31