Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyaya Əlavə Protokolu təsdiqlənib
Prezident İlham Əliyev “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi barədə Qanunu imzalayıb.
Qanuna əsasən Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına 2015-ci il oktyabrın 22-də Riqa şəhərində imzalanmış Əlavə Protokol Azərbaycan Respublikasının müvafiq bəyanatları ilə təsdiq edilsin.
KARUSEL / SİYASƏT
Tarix: 9-02-2024, 16:27