Qadın şahmatçılar arasında Azərbaycan çempionatına start verilib
Qadın şahmatçılar arasında Azərbaycan çempionatına start verilib.
Federasiyadan verilən məlumata görə, yarışda ötən il 18 yaşlı şahmatçılar arasında dünya çempionatının qalibi olan Ayan Allahverdiyeva, o cümlədən beynəlxalq usta Səbinə İbrahimova da mübarizə aparır. Ümumilikdə 15 şahmatçının iştirak etdiyi yarışın reytinq favoriti Xəyalə Abdulladır.
Çempionatın mükafat fondu 15 min manat təşkil edir. Yarışın qalibi 6 000 manat əldə edəcək. İlk iki yeri tutacaq şahmatçılar şəxsi Avropa çempionatına ezam olunacaqlar.
Çempionatın baş hakimi İnara Topçiyevadır. 7 turdan ibarət Azərbaycan çempionatına fevralın 17-də yekun vurulacaq.
Qeyd edək ki, çempionat Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçığı ilə keçirilir.
KARUSEL / İDMAN

Tarix: 12-02-2024, 10:44