“AzerGold” QSC və törəmə müəssisələrinin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Azərbaycan Dövlət Pantomima Teatrının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Azərbaycan Dövlət Pantomima Teatrında təşkil edilən, “AzerGold” QSC və onun törəmə şirkətləri – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin əməkdaşlarının iştirak etdiyi tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini Xəyyam Fərzəliyev çıxış edərək, 32 il öncə Xocalıda dinc azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd edib. X.Fərzəliyev erməni millətçiliyinin gerçək mahiyyətini əks etdirən bu vandalizmin heç bir zaman unudulmayacağını bildirib.



Sonda teatr kollektivinin ifasında müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Bəhruz Əhmədli olan “Xocalı bu olub” tamaşası təqdim edilib. 26 fevral gecəsi baş verənləri əks etdirən təsirli səhnələrin oynanıldığı tamaşa aktyor heyəti və tədbir iştirakçıları tərəfindən soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 26-02-2024, 11:03