Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqlarının ikinci günü keçirilir
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin sülh layihəsi ilə bağlı danışıqlarının ikinci günü keçirilir.
Bu barədə Azərbaycan XİN-nin Facebook səhifəsində məlumat verilib.
"Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Berlində Borsiq villasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci günü başlayıb", - məlumatda deyilir.
Qeyd edək ki, danışıqlar dünən ikitərəfli formatda başlayıb, daha sonra Almaniya XİN rəhbəri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam edib. Görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilib.
KARUSEL / SİYASƏT
Tarix: 29-02-2024, 13:45