mobil versiya

Ruslan Nəsibov etimadnaməsini Efiopiya Prezidentinə təqdim edib


Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ruslan Nəsibov etimadnaməsini Efiopiya Prezidenti xanım Sahle-Vork Zevdeyə təqdim edib.
Bu barədə səfirlikdən məlumat verilib.
Bildirilib ki, təqdimatdan sonra baş tutan söhbət zamanı dövlətimizin başçısının səmimi salamları xanım Sahle-Vork Zevdeye çatdırılıb və Efiopiya Prezidenti də öz səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Söhbət əsnasında iki ölkə arasında ənənəvi dostluq əlaqələrinin tarixi əhəmiyyəti, hər iki ölkədə müxtəlif etnik qruplara, dinə və adət-ənənəyə malik xalqların sülh və əmin-amanlıq şəraitində yaşadığı və bu amilin ölkələrimizi daha da zənginləşdirdiyi, gücləndirdiyi qeyd olunaraq, ikitərəfli və çoxtərəfli müstəvidə həyata keçirilən əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, iqtisadi, siyasi, investisiyaların cəlb edilməsi, humanitar, vətəndaşlara xidmət və turizm kimi sahələrdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan səfirinə uğurlar arzulayan Efiopiya Prezidenti iki ölkə arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi üzrə həyata keçiriləcək fəaliyyətdə köməkliyin göstərilməsinə hazır olduğunu bildirib.


KARUSEL / SİYASƏT
Tarix: 15-03-2024, 09:33