mobil versiya

Qar uçqunu Türkiyənin şərqində 158 yaşayış məntəqəsi ilə əlaqəni iflic edib



Güclü qar uçqunu Türkiyənin şərq vilayətlərində 158 yaşayış məntəqəsi ilə əlaqəni iflic edib.
Van, Bitlis, Muş vilayətlərində artıq ikinci gündür ki, sıfır dərəcədən aşağı temperatur qeydə alınır. Qarlı hava şəraiti yerli idarələrin və məktəblərin fəaliyyətinə mənfi təsir göstərib.
Muş vilayətində vəziyyət daha ağırdır. Qar uçqunu nəticəsində burada 102 kənd yolu bağlanıb.
Hazırda bu vilayətlərdə yolların qardan təmizlənməsi sutkalıq rejimdə davam edir.
KARUSEL / DÜNYA
Tarix: 19-03-2024, 15:35