mobil versiya

BƏƏ səfirliyi xeyriyyəçilik üçün könüllülüyü təbliğ edir



Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə iftar tədbiri təşkil edib. Tədbirin məqsədi xeyriyyəçilik naminə könüllülük üçün həvəsləndirmək və təşviqə töhfə vermək olub.

Səfirlik Azərbaycan Qızıl Aypara Cəmiyyətinə  BƏƏ Qızıl Aypara Cəmiyyəti ilə birgə əməkdaşlığa görə təşəkkürünü bildirib, Ramazan ayının şəfqət və səxavət ayı olduğunu və bu ayın xüsusilə gənclər üçün bir xatırlatma kimi qeyd edilməli olduğunu vurğulayıb.
Bunun əsasında ASAN könüllülərinin fəaliyyəti yüksək qiymətləndirilib.

KARUSEL / CƏMİYYƏT
Tarix: 25-03-2024, 11:00