mobil versiya

United Airlines Nyu-York və Mərakeş arasında birbaşa aviareys açacaq



United Airlines ABŞ-dan Mərakeşə birbaşa uçuşlar təklif edən yeganə aviaşirkət kimi beynəlxalq əməliyyatlarını əhəmiyyətli dərəcədə genişləndirməyə hazırlaşır.
"North Africa Post" xəbər verir ki, 2024-cü ilin oktyabr ayından etibarən aviaşirkət Nyu-Yorkdan Mərakeş arasında marşrutu keyfiyyətli salonları ilə tanınan 167 yerlik Boeing 767-300 təyyarəsindən istifadə etməklə həyata keçirəcək. Uçuşlar həftədə üç dəfə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri Nyu-York mərkəzindən həyata keçiriləcək.

Bu birbaşa əlaqəni təqdim etməklə, United Airlines Şi-mali Afrika istiqamətinə birbaşa uçuşların eksklüziv təminatçısı kimi mövqeyini möhkəmləndirir və Nyu-York və Kasablanka, Vaşinqton və Kasablanka, Ma-yami və Kasablankanı birləşdirən marşrutlar da daxil olmaqla ABŞ-dan Mərakeşə mövcud marşrutları tamamlayır, hamısı isə Royal Air Maroc tərəfindən idarə olunur.
KARUSEL / DÜNYA
Tarix: 26-03-2024, 10:42