mobil versiya

Volqoqrad-Bakı aviareysi üzrə uçuşlara başlanılır




Rusiyanın "S7 Airlines" aviaşirkəti iyunun 16-dan etibarən Volqoqraddan Bakıya birbaşa aviareys üzrə uçuşlara start verəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə Volqoqrad Beynəlxalq Aeroportunun açıqlamasında deyilir.

Qeyd olunur ki, uçuşlar həftədə bir dəfə – çərşənbə günləri həyata keçiriləcək. Biletlər artıq satışa çıxarılıb.

Aviadaşıyıcı tərəfindən Azərbaycana uçuş proqramının yaz-yay dövrünün sonuna qədər – 27 oktyabr 2021-ci ilədək davam edəcəyi planlaşdırılır. Marşrutda "Airbus A320neo" təyyarələri istismar olunacaq.

Xatırladaq ki, hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Novosibirsk, Nijni Novqorod, Omsk, Norilsk, Ufa , Mineralnıye Vodı, Perm, Krasnoyarsk və Həştərxan şəhərlərindən Bakıya uçuşlar yerinə yetirilir.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 8-06-2021, 12:09