Hündürlüyü 2 metr 15 sm-dir, boyunda artım davam edir - VİDEO
İnsanlar arasında gəzəndə hündürlüyü ilə diqqət çəkir... O, bəzi insanlardan ikiqat hündürdür.
REPORTYOR.AZ Xezerxeber.az-a istinadla xəbər verir ki, söhbət Bərdə sakini, 24 yaşlı Elçin Hümbətovdan gedir.
Elçin deyir ki, o, balaca vaxtından hündürboylu olub. Sonradan onun boyu anormal şəkildə artmağa başlayıb. 11-ci sinifdə oxuyanda boyu 2 metr 15 santimetr olub. Sonradan yenə 10 sm artaraq 2 metr 15 sm-ə çatıb.
Elçin Hümbətov bildirir ki, boyunun uzun olmasının həm mənfi, həm də müsbət cəhətləri var. Hündürlüyünə görə əyninə paltar tapılmaması, yatacaq yerinin problemli olması ilə yanaşı bəzi işlərdə hündürlüyündən istifadə edir.
Elçin Hümbətov boyunun artmasını həkimlərlə də məsləhətləşib. Bildirilib ki, onun müalicəsi mümkündür. İndi o, müalicə üçün Bakıdakı həkimlərə müraciət edəcək.
[hide][/hide]
KARUSEL / HADİSƏ
Tarix: 18-12-2019, 10:55