mobil versiya

Mövlud Çavuşoğlu Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib



Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı Nümayəndə Heyətinin rəhbəri Mövlud Çavuşoğlu bu gün Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.  o, Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Mövlud Çavuşoğlu Şəhidlər xiyabanını ziyarət edib.
Qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.
O, "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.
M.Çavuşoğlu Türk Şəhidliyini də ziyarət edib və oradakı xatirə dəftərinə ürək sözlərini yazıb.
Qeyd edək ki, səfər aprelin 5-də başa çatacaq.(report)



KARUSEL / SİYASƏT
Tarix: 4-04-2024, 11:49