Turşsu qəsəbəsində ilk mərhələdə 50 evin inşası nəzərdə tutulur
![](/uploads/posts/2024-05/1715779078_1715778995815.jpeg)
Layihə rəhbəri Elnur Abdullayev bildirib ki, Şuşa rayonu inzibati ərazisinə daxil olan Turşsu qəsəbəsi Kiçik Qafqazın Sarıbaba silsiləsinin Kiçik Kirs dağı ətəyində, dəniz səviyyəsindən 1938 metr hündürlükdə yerləşir. Yenidənqurma layihəsinə əsasən Turşu qəsəbəsinin ümumi sahəsi 126,46 hektar olacaq. Birinci mərhələdə 79,37 hektar sahədə yenidənqurma işləri aparılacaq. Qəsəbəyə ilkin mərhələdə 50 ailə, və ya 202 nəfər köçürüləcək.
![](/uploads/posts/2024-05/1715779082_1715779030255.jpeg)
Turşsu qəsəbəsi Qarabağın turizm potensialı ilə seçilən guşələrindəndir. Saf dağ iqlimi, Zarıslı çayının kənarında yerləşməsi, yaxınlıqda mineral tərkibli Turşsu bulağının olması gələcəkdə buranın turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Odur ki, qəsəbədə yaşayış massivi ilə yanaşı, turizm zonanın (kurort zonasının) da layihələndirilməsi planlaşdırılır.(azərtac)
KARUSEL / ÖLKƏ
Tarix: 15-05-2024, 17:17