mobil versiya

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib



Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Eyni zamanda, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.

KARUSEL / ÖLKƏ
Tarix: 16-05-2024, 10:16