mobil versiya

Gürcüstana yalnız səyahət sığortası ilə giriş mümkün olacaq



İyunun 1-dən xarici vətəndaşlar Gürcüstan ərazisinə yalnız səyahət sığortası ilə giriş edə biləcəklər.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib.
Əgər Gürcüstanda nəzərdə tutduğunuz müddətdən artıq qalırsınızsa, sığortanın müddətini onlayn uzada və yaxud Gürcüstandakı sığorta şirkətlərindən sığorta ala bilərsiniz.
Qurum sərnişinlərdən yeni qaydaları nəzərə almağı xahiş edir.


KARUSEL / CƏMİYYƏT
Tarix: 24-05-2024, 17:06