mobil versiya

"Gürcüstan düzgün istiqamətdə irəliləmək üçün lazımi addımlar atmalıdır" - Blinken



ABŞ dövlət katibi Antoni Blinken deyib ki, yaxın bir neçə ay Gürcüstanın Avropa İttifaqına daxil olması üçün həlledici olacaq.
Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda qeyd olunur.
Məlumata əsasən, A.Blinken gürcü xalqını Müstəqillik Günü münasibətilə təbrik edib və “Gürcüstan xalqı üçün son 12 ayın, o cümlədən Gürcüstanın Avropa İttifaqına üzvlük üçün namizəd statusu əldə etməsinin tarixi” əhəmiyyətini qeyd edib.
"Növbəti bir neçə ay bu fürsətin reallığa çevrilməsi üçün həlledici olacaq", - deyə dövlət katibi vurğulayıb.
O əlavə edib ki, ABŞ gürcü xalqının Avro-Atlantik gələcəyə olan istəklərini güclü şəkildə dəstəkləməyə davam edəcək və Gürcüstan rəhbərliyini “Gürcüstanı düzgün istiqamətdə irəliləmək üçün lazımi addımları atmağa” çağırıb.
Eyni zamanda, A.Blinken Vaşinqtonun “Gürcüstana vətəndaşlarının böyük əksəriyyətinin arzuladığı təhlükəsiz, firavan Avropa demokratiyasını qurmağa kömək etməyə” hazır olduğunu açıqladı.
KARUSEL / DÜNYA
Tarix: 27-05-2024, 08:37