mobil versiya

Ukrayna və Moldova Aİ-yə üzvlüyə namizəd statusu aldı, Gürcüstana tövsiyə verildi




Avropa İttifaqı (Aİ) Ukrayna və Moldovaya üzvlüyə namizəd statusu təqdim edib.

REPROTYOR.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel tviter hesabında bildirib.

O, Ukrayna və Moldova prezidentləri - Volodimir Zelenski və Maria Sandunu qəbul olunan qərar münasibətilə təbrik edib.

Ş.Mişel qeyd edib ki, Gürcüstanın Avropa perspektivi tanınıb və ölkəyə Aİ-yə üzvlüyə namizəd statusu prioritetlərin yerinə yetirilməsindən sonra veriləcək: “Gürcü xalqını təbrik edirəm. Aİ-Gürcüstan münasibətlərində tarixi məqam: Gürcüstanın gələcəyi Aİ daxilindədir”.
KARUSEL / SİYASƏT
Tarix: 28-06-2022, 20:13