mobil versiya

Milli Məclisin üzvü MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının iclasına qatılacaq



Milli Məclisin üzvü Könül Nurullayeva mayın 28-də MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının 22-ci iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Deputat  Könül Nurullayevanın tədbirdə “Gənc sahibkarların dəstəklənməsi və inkişafı haqqında: MDB dövlətlərinin təcrübəsi” mövzusunda çıxışı nəzərdə tutulur.
Səfər mayın 31-də başa çatacaq.
KARUSEL / SİYASƏT
Tarix: 27-05-2024, 13:13