Rumıniyada Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbir keçiriləcək
Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev mayın 28-də Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Deputat Azay Quliyev səfər çərçivəsində Azərbaycanın 28 may - Müstəqillik Günü münasibətilə ölkəmizin Rumıniyadakı səfirliyinin təşkil etdiyi tədbirlərə qatılacaq.
Səfər mayın 31-da başa çatacaq.
KARUSEL / SİYASƏT
Tarix: 27-05-2024, 12:40