mobil versiya

XİN rəhbəri Pakistan Senatının sədri ilə görüşüb


Xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Prezidenti vəzifəsini icra edən və Senatın sədri Seyid Yusuf Rza Gilani ilə görüşüb.
Müzakirələr zamanı Pakistan və Azərbaycan arasında strateji tərəfdaşlıq, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi və kommunikasiyalar kimi potensial əməkdaşlıq sahələri müzakirə olunub.
İkitərəfli əməkdaşlıqla yanaşı, regional və beynəlxalq formatlar çərçivəsində çoxtərəfli qarşılıqlı fəaliyyət də gündəmdə olub.
Tərəflər həmçinin daha geniş regional vəziyyəti, o cümlədən COP29-a hazırlıqları müzakirə ediblər.

KARUSEL / SİYASƏT
Tarix: 30-05-2024, 15:02