mobil versiya

Bakıda INTOSAI-nin illik toplantısı keçirilir



Bakıda Hesablama Palatasının ev sahibliyi ilə Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatların (INTOSAI) Dövlət Borcu üzrə İşçi Qrupunun illik toplantısı keçirilir.
"Dövlət Borcunun qlobal çağırışlarına cavab" mövzusuna həsr olunmuş tədbirdə 27 ölkənin ali audit orqanı (AAO), həmçinin Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Büdcə Əməkdaşlığı Təşkilatı və UNCTAD təşkilatından olan ekspertlər iştirak edir.
Toplantıda beynəlxalq AAO ictimaiyyəti "Dövlət borcu və iqlim dəyişikliyi: seçilmiş hüquqi məsələlər", "Borc İdarəetmə İslahatlarının Koordinasiyası və Nəzarət", "Borc dayanıqlığı və borc dayanıqlığının qiymətləndirilməsi üzrə müxtəlif metodologiyalar haqqında anlayış", "Dövlət borcunun dayanıqlığı və risklərin idarə edilməsi", "Dövlət borcunun auditində AAO-ların rolu və çağırışlar" və s. mövzular ətrafında təqdimatlar edəcək, müvafiq mövzular üzrə fikir mübadiləsi aparacaq.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-06-2024, 09:51