mobil versiya

Bu il 327 kq-dan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb



Bu il (yanvar-may ayları ərzində) qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən 327 kq-dan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.
Bu, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının məlumatında əksini tapıb.
Qeyd edilib ki, hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 86 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 866 kq 327,179 qr narkotik vasitə və psixotrop maddə, 9190 ədəd metadon həbi çıxarılıb.
"Təhlil göstərir ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 160, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 316, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 42, digər növ cinayət faktların sayı 25, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 30 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 937 kq 288,501 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 389 nəfər azalıb", - məlumatda bildirilib.(report)

KARUSEL / CƏMİYYƏT
Tarix: 12-06-2024, 17:23