"Yuliys Straume - 150: Naxışlar fərqli mədəniyyətlərdə” sərgisinə yekun vurulub

Milli Azərbaycan Tarixi Muzeyində Latviya mədəni irsinə həsr olunmuş “Yuliys Straume - 150: Naxışlar fərqli mədəniyyətlərdə” adlı multimedia sərgisinin bağlanış mərasimi keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı öz çıxışında Latviya və Azərbaycan tarixi əlaqələrindən söz açıb, hər gün yüzlərlə insanın sərgini gəzərək bu gözəl mədəniyyət nümunələrinə heyran qaldığını vurğulayıb.

Xanım Buşa deyib ki, Straume Latviyaya qayıtdıqdan sonra Latviya peşəkar tekstil sənətinin banilərindən biri olub. Onun eskizlərinə uyğun olaraq xalçalar, mebellər, suvenirlər və qablar hazırlanırdı.
Çıxışının sonunda xanım Buşa bildirib ki, yaxın vaxtlarda sərgini Azərbaycanın bir sıra bölgələrində də keçirmək planları var.


Multimedia sərgisinin kuratoru Səbinə Şıxlinskaya bu kimi mədəni tədbirlərin Azərbaycanla Latviya arasında hərtərəfli əlaqələrin formalaşmasında mühim rol oynadığını, həmçinin, bu kimi sərgilərin keçirilməsi nəticəsində hər iki xalqın bir-birinin tarixini, mədəniyyətini, incəsənətini daha yaxşı tanıdığını bildirib.
Sonda tədbirin qonaqları sərgini ziyarət etikdən sonra Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyası və H.Z.Tağıyevin ev-muzeyi ilə tanış olublar.
Qeyd edək ki, sərgi 1 ay müddətində davam edib və 1000 nəfərə yaxın ziyarətçi qəbul edib.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 21-06-2024, 19:02