Azərbaycanlı yapon dili müəlliminə orden verilib

2025-ci il noyabrın 3-də Yaponiya hökuməti 2025-ci ilin payız mövsümündə xarici vətəndaşlar üçün nəzərdə tutulan dövlət təltiflərinin laureatlarını elan edib.
Yaponiyanın ölkəmizdəki Səfirliyi bildirir ki, buna Azərbaycan tərəfindən Esmira Məmmədova təltif olunub.
Esmira Məmmədova — Telman Abbasov adına 225 nömrəli məktəbin yapon dili müəllimidir.
Təltif olunduğu orden: Gümüş Şəfəqli Gündoğar Ordeni (The Order of the Rising Sun, Silver Rays).
Xidmətləri: Azərbaycanda yapon dili təhsilinin inkişafına və Yaponiya ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanın təşviqinə verdiyi töhfəyə görə.
Xarici vətəndaşlara verilən ordenlər, Yaponiya ilə dostluğun möhkəmlənməsi və digər sahələrdə göstərilən mühüm xidmətlərə görə, Yaponiya İmperatorunun adından təqdim olunur.
Yaxın gələcəkdə Yaponiyanın Azərbaycandakı səfiri tərəfindən laureata orden və təltif sənədi təqdim ediləcək.
Reportyor.az
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 14:46


























