“Neftçi” yeni rekorda imza atıb

“Neftçi” Azərbaycan çempionatında yeni rekorda imza atıb.
Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, “ağ-qaralar” buna Misli Premyer Liqasının 10-cu turunda “Kəpəz”i 5:1 hesabı ilə məğlub etməklə nail olub.
Bakı təmsilçisi cari mövsüm çempionatda ilk böyükhesablı qələbəsini qazanıb.
Bu, “Neftçi”nin ən azı bir böyükhesablı qələbə qazandığı 32-ci mövsümdür.
Paytaxt klubu yalnız iki dəfə – 2009/2010 və 2015/2016 mövsümlərində üç və ya daha çox top fərqi ilə qələbə qazanmayıb. Bir komandanın 32 fərqli mövsümdə belə qələbə qazanması Azərbaycan çempionatlarında yeni rekorddur. (komanda.az)
KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:53



























