mobil versiya

“Qarabağ” klubu öz rekordunu təkrarlayıb



“Qarabağ” futbol klubu Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümündə 26-cı qələbəsini qazanıb. Baş məşqçi Qurban Qurbanovun yetirmələri buna XXXIII turda nail olublar.
Ağdam təmsilçisi “Qəbələ” ilə ev oyununda 3:0 hesabı ilə qalib gəlib. Bununla da “Qarabağ” klub tarixinin rekordunu təkrarlayıb.
Bölgə təmsilçisi ölkə çempionatında bir mövsüm ərzində qazanılan qələbə sayında ən yüksək göstəriciyə 2015-2016-cı il mövsümündə imza atıb. Həmin vaxt 36 matçdan 26-da rəqiblərini məğlub edən “Qarabağ” 7 ildən sonra həmin nəticəni təkrarlayıb. Mövsümün sonuna üç tur qaldığı üçün Q.Qurbanovun komandası bu rekordu yeniləmək imkanına da malikdir.
Qeyd edək ki, bir mövsümdəki qələbə sayında Azərbaycan çempionatlarının rekordu 1992-ci ildə qeydə alınıb. “Neftçi” həmin vaxt 36 oyunda 30 dəfə qalib gəlib.

KARUSEL / İDMAN
Tarix: 9-05-2023, 16:44