mobil versiya

"Sabah” klubu tarixində ilkə imza atıb



“Sabah” klubu tarixində ilkə imza atıb.
Paytaxt klubu Premyer Liqanın cari mövsümündə 50-ci qolunu vurmaqla öz rekordunu yeniləyib.
Yubiley topu XXII turun “Qarabağ”la oyununa təsadüf edib – 1:1. Bununla “Sabah” tarixində ilk dəfə bir mövsümdə “100”ü yarılayıb. Bakı klubu ölkə çempionatlarında buna nail olan 17-ci komandadır.
1992-ci ildən keçirilən yarışın tarixində bunadək 16 klub bir mövsümdə 50 və ya daha çox qol vurub. “Qarabağ” hamıdan çox – 14 dəfə bunu bacarıb. Ümumilikdə isə 63-cü dəfə belə hadisə yaşanıb.
“Azersun Arena”dakı heç-heçə “Sabah”ın Premyer Liqada 30-cu sülhü olub. Bu yubiley 126-cı matçda qeydə alınıb. Bərabərliklərdən 14-ü ev, 16-sı səfərə təsadüf edib.(Report)
KARUSEL / İDMAN
Tarix: 13-02-2023, 12:46