Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı açıqlanıb
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 24 mindən artıq sürücüyə təlim keçilib.
AYNA xəbər verir ki, taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 7 mindən çoxdur.
Qeyd edək ki, bu il martın 28-də Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Tələbə əsasən, sürücülər taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) almalıdır.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 25-06-2024, 12:29