Süd və süd məhsullarının ölkəyə idxalı qaydaları ilə bağlı videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) süd və süd məhsullarının idxalı proseduruna dair yeni videoçarx hazırlayıb.
Videoçarxda Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş süd və süd məhsulları üçün idxal sağlamlıq aktının əldə edilməsi və bu sənədlə bağlı müraciətə imtina verilməsi prosesi ətraflı şəkildə izah olunub. Bildirilib ki, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilmiş süd və süd məhsulları qida təhlükəsizliyi sahəsində tələblərə cavab verdikdə, idxal sağlamlıq aktı ilə təmin olunur və yalnız bundan sonra məhsulun dövriyyəyə buraxılmasına icazə verilir. Qida təhlükəsizliyi sahəsində tələblərə cavab verməməsi səbəbindən idxal sağlamlıq aktının əldə edilməsi ilə bağlı müraciətə imtina verildikdə isə qanunvericiliyə uyğun olaraq, həmin məhsulun utilizasiyası, geri qaytarılması və ya məhv edilməsi haqqında qərar qəbul olunur. Həmin məhsullar 10 gün ərzində geri qaytarılmadıqda və ya utilizasiya edilmədikdə isə qəbul olunan yeni qərar əsasında məhsul partiyası məhv edilir.
Qeyd edək ki, sahibkarlıq subyektləri bu videoçarx vasitəsilə qeyd olunan prosedurlar barədə ətraflı məlumat əldə edə biləcəklər.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 28-06-2024, 12:35