mobil versiya

Azərbaycana elektron viza alan əcnəbilər üçün tələblərdən biri ləğv olunub



Prezident İlham Əliyev “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Əcnəbilərin “ASAN Viza” sistemi vasitəsi ilə elektron viza alması üçün tələb olunan məlumatların siyahısında dəyişiklik edilib.
Beləliklə, artıq əcnəbilərdən sistemə Ermənistan Respublikası tərəfindən işğal edilən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər bölgələrinə 1991-ci ildən sonra səfər edib-etməməsi barədə məlumat daxil etməsi tələb olunmayacaq.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

KARUSEL / SİYASƏT
Tarix: 22-07-2024, 16:08