mobil versiya

“Sea Breeze”də keçiriləcək Beynəlxalq Musiqi Festivalının iştirakçıları üçün AYNA tərəfindən avtobuslar ayrılıb



23-28 iyul tarixlərində “Sea Breeze”də keçiriləcək “Dream Fest 2024” Beynəlxalq Musiqi Festivalının iştirakçılarının rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobuslar ayrılıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Belə ki, ziyarətçilərin həmin tarixlərdə hər gün saat 16:00-dan 20:00-a qədər “Koroğlu” metrostansiyasının cənub çıxışındakı Nəqliyyat Mübadilə Məntəqəsindən(Piramidanın arxası) “Sea Breeze”ə, saat 22:30-dan 02:30-dək isə Alov parkı (Koroğlu m/st şimal çıxışı) –Nərimanov parkı – Səməd Vurğun parkı marşrutu üzrə geri daşınması təmin ediləcək.
“Sea Breeze” və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, festivalın qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, avtobusla həyata keçirmələrini tövsiyə edirik.
Qeyd edək ki, ziyarətçilər Koroğlu Nəqliyyat Mübadilə Məntəqəsində yerləşən 500-dən çox parklanma yerində nəqliyyat vasitələrini saxlayaraq yollarına avtobusla davam edə biləcəklər.


KARUSEL / CƏMİYYƏT
Tarix: 22-07-2024, 17:44