mobil versiya

Rusiya və Çin ordularının bombardmançı təyyarələr havaya qaldırıldı



Rusiya və Çin strateji bombardmançı təyyarələri birgə patrul uçuşu həyata keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, iki ölkənin bombardmançı təyyarələrinin Çukçi və Berinq dənizlərində və Sakit Okeanın şimal hissəsində birgə hava patrulları həyata keçirdikləri bildirilib.
Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, birg uçuş Rusiya Aerokosmik Qüvvələrinə məxsus “Tu-95” və Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinə məxsus “Xian H-6k” strateji bombardmançı təyyarələri vasitəsilə icra edilib. Açıqlamada qeyd olunub ki, uçuş zamanı Rusiya və Çin ekipajları birgə əməliyyat zonasında hava patrulunun bütün mərhələlərində qarşılıqlı əlaqə problemlərini həll ediblər. Açıqlamada Rusiyanın “Su-30” və “Su-35” təyyarələrinin birgə patrul uçuşuna hava dəstəyi verdiyi, Rusiya və Çin təyyarələrinin birgə uçuş müddətinin 5 saatdan çox davam etdiyi bildirilib.(“AzPolitika.info”)

KARUSEL / DÜNYA
Tarix: 25-07-2024, 17:35