mobil versiya

“Instagram”a giriş qadağasını Türkiyə nə vaxt aradan qaldıracaq?



Türkiyə hökuməti tələbləri yerinə yetirildikdən dərhal sonra “Instagram” sosial şəbəkəsinə giriş qadağasını ləğv edəcək.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, Qərb sosial şəbəkələrini “rəqəmsal faşizm”də ittiham edərək, Türkiyənin haqlı tələbləri yerinə yetirilərsə və həssaslıq göstərilərsə, problemin avtomatik həll olunacağını deyib.
“Fələstinli şəhidlərin fotolarına belə, dözməyən, onları dərhal qadağan edən və bunu azadlıq kimi təyin edən sosial medianın rəqəmsal faşizmi ilə qarşı-qarşıyayıq. Bizim hökumət olaraq heç kimin azadlığı, işi, sevgisi və ticarəti ilə bağlı problemimiz yoxdur. Məqsədimiz hüquqlarımızı konstitusiyamızda nəzərdə tutulan imkanlar çərçivəsində qorumaqdır”, – Ərdoğan deyib.
Türkiyə lideri “Instagram” nümayəndələri ilə indiyədək aparılan danışıqların istənilən nəticəni vermədiyini də qeyd edib.

KARUSEL / DÜNYA
Tarix: 5-08-2024, 17:18