"İslamofobiya Qərb dairələrində vəba xəstəliyi kimi yayılır" - Türkiyə Prezidenti
"İslamofobiya Qərb dairələrində vəba xəstəliyi kimi yayılır".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının iqtisadiyyat və ticarət nazirlərinin 39-cu iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Qərb dünyasında belə meyillər getdikcə artır: “İslamofobiya bizim əsas problemlərimizdən biridir, Qərb dairələrində vəba xəstəliyi kimi yayılır. Amma hökumətlər heç nə etmir”.
Ərdoğan vurğulayıb ki, bu cəhdlərin məqsədi təhrikdir: "İnşallah, biz qurulan oyunlara getməyəcəyik".(report)
KARUSEL / DÜNYA
Tarix: 4-12-2023, 13:49