mobil versiya

Banqladeşin sabiq baş naziri ölkəsinə qayıtmaq niyyətindədir



Banqladeşin sabiq baş naziri Şeyx Hasina başqa ölkələrə sığınmayacaq və müvəqqəti hökumət ölkədə seçkilərin keçirilməsinə qərar verdiyi zaman vətəninə qayıdacaq.
Bu barədə onun oğlu Sacib Vazed Coy məlumat verib. Onun sözlərinə görə, anasının siyasi sığınacaq istəmək fikri yoxdur.
"O, hazırda Hindistandadır, müvəqqəti hökumət ölkədə seçkilər keçirmək qərarına gələn kimi o, Banqladeşə qayıdacaq.”, - “The Times of India” qəzetinin sitatında deyilir.
O həmçinin Hindistanın baş naziri Narendra Modiyə anasının həyatını xilas etdiyinə görə təşəkkür edib.
Qeyd edək ki, sabiq baş nazir Şeyx Hasina avqustun 5-də istefa verərək Banqladeşi tərk etmiş və elə həmin gün Hindistana uçmuşdu.
Onun Böyük Britaniyadan sığınacaq istədiyi bildirilirdi.(apa)

KARUSEL / DÜNYA
Tarix: 9-08-2024, 09:00