mobil versiya

Banqladeş Baş naziri istefa verib



Banqladeşin baş naziri Şeyx Hasinanın ölkədə həftələrlə davam edən ölümcül etirazlardan sonra istefa verdiyi bildirilir.
"Sky News" xəbər verir ki, bu barədə Banqladeşin aparıcı qəzeti məlumat yayıb.
Bildirilib ki, Şeyx Hasina və onun bacısı ölkəni tərk edərək hərbi helikopterlə Hindistana gediblər.
"Reuters" xəbər agentliyi isə öz mənbəsinə istinadən xəbər verir ki, onlar Baş nazirin rəsmi iqamətgahından “təhlükəsiz sığınacaq”a aparılıblar.
Yerli media bildirir ki, bazar günü paytaxtda baş verən qarşıdurmalarda azı 95 nəfər, o cümlədən ən azı 14 polis məmuru ölüb, yüzlərlə insan isə yaralanıb.(apa)

KARUSEL / DÜNYA
Tarix: 5-08-2024, 13:56