mobil versiya

Banqladeşdə iğtişaşlar zamanı ən azı 300 nəfər ölüb


Banqladeşdə iğtişaşlar nəticəsində ən azı 300 nəfərin öldüyü bildirilir.
Bu barədə "France Presse" agentliyi məlumat yayıb.
"Bazar günü 94 nəfərin öldürülməsindən sonra toqquşmalar nəticəsində ölənlərin ümumi sayı ən azı 300 nəfərə çatıb", - məlumatda qeyd olunub.
“Daily Star” qəzetinin daha əvvəl verdiyi məlumata əsasən, ölənlərin 14-ü polis əməkdaşıdır.
Banqladeşin paytaxtı Dəkkə və ölkənin digər şəhərlərində etirazlar ayrı-seçkiliyə qarşı tələbə hərəkatının bazar günü başladığı aksiyadan sonra daha da kütləvi xarakter alıb. Etirazçılar, polis qüvvələri və hökumət tərəfdarları arasında toqquşmalar daha sonra iğtişaşlara çevrilib.(report)


KARUSEL / DÜNYA
Tarix: 5-08-2024, 11:11