mobil versiya

Şeyx Hasina beşinci dəfə Banqladeşə rəhbərlik edəcək



Banqladeşin Baş naziri, Avami Liqası (Xalq Liqası) partiyasının lideri xanım Şeyx Hasina beşinci dəfə ölkə hökumətinin başçısı olub. İnauqurasiya mərasimi onun partiyasının yanvarın 7-də keçirilən parlament seçkilərində qələbəsindən sonra Dəkkədə prezident iqamətgahında baş tutub.
Yaranmış ənənəyə uyğun olaraq, Şeyx Hasina ölkə prezidenti Şahabuddin Çuppunun iştirakı ilə and içib. Parlament seçkiləri nəticəsində Avami Liqası partiyası qanunverici orqandakı mövcud 298 yerdən 222-ni əldə edib.
Şeyx Hasina 36 nəfərdən ibarət kabinet təklif edib. Baş nazirdən sonra nazirlər də and içiblər.
KARUSEL / DÜNYA
Tarix: 11-01-2024, 18:25