mobil versiya

Hüseyn Abdullayev infarkt keçirib




Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev infarkt keçirib.
Məlumatı keçmiş vəkili Rəsul Cəfərov təsdiqləyib.
Onun sözlərinə görə, keçmiş müvəkkili Hüseyn Abdullayevin səhhəti ilə bağlı ailəsi ona məlumat verib: "Ailəsindən bildirdilər ki, bir müddətdir Hüseyn Abdullayevin səhhətinə problemlər yaranıb. Hüseyn Abdullayev saxlanıldığı Bakı İstintaq Təcridxanasının müayinə mərkəzinə aparılıb və orada həkim qəbulundan keçib. Ona exokardiologiya olunması məsləhət görülüb".
Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.
İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb.
Hökmə əsasən, H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.(report)


KARUSEL / HADİSƏ
Tarix: 9-08-2024, 11:06