mobil versiya

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb



Cəlilabad rayonunun Moranlı kəndində su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, xilasedicilər su quyusunda 2004-cü il təvəllüdlü Nəsibə Məmmədovanın meyitini aşkar ediblər.
Daha əvvəl isə N.Məmmədovanın atası H.Məmmədovun meyiti su quyusunda aşkar edilərək çıxarılıb.
Hər iki meyit müayinə olunması aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

15:41

Cəlilabad rayonunun Moranlı kəndində su quyusuna düşən ata və qızının şəxsiyyəti məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, onlar 1981-ci il təvəllüdlü Həsənağa Məmmədov və onun 2004-cü il təvəllüdlü qızı Nəsibə Məmmədovadır.
Qeyd edək ki, xilasedicilər atanın meyitini təxminən 15 metr dərinliyi olan su quyusundan tapıb. Hazırda quyuda olduğu ehtimal edilən qadının axtarışları aparılır. (report)


KARUSEL / HADİSƏ
Tarix: 14-08-2024, 16:32