mobil versiya

Zelenski: " Kiyev Ukrayna istehsalı olan ilk ballistik raketi sınaqdan keçirib"




Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, onun ordusu bu yaxınlarda yerli istehsal olan ballistik raketin ilk uğurlu sınağını həyata keçirib.

Agence France-Presse (AFP) xəbər verir ki, o bunu Kiyevdə keçirdiyi mətbuat konfransında deyib: "Ukraynanın ilk ballistik raketinin müsbət sınağı olub. Bu münasibətlə müdafiə sənayemizi təbrik edirəm. Bu raketlə bağlı daha ətraflı məlumat verə bilmərəm”.
KARUSEL / DÜNYA
Tarix: 27-08-2024, 17:34