Qərbi İndoneziyada 4,9 bal gücündə zəlzələ baş verib
İndoneziyanın qərbindəki Aceh əyalətində Rixter cədvəli ilə 4,9 bal gücündə zəlzələ baş verib.
İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Agentliyi (BMKG) zəlzələnin episentrinin Naqan Raya Regency şəhərindən 35 km aralıda, 10 km dərinlikdə olduğunu bildirib.
Zəlzələ nəticəsində indiyədək hər hansı maddi tələfat və insan tələfatı barədə məlumat yoxdur.
İndoneziya Çilidən Yaponiyaya və Cənub-Şərqi Asiyaya uzanan qırılma xətləri səbəbindən dünyanın ən böyük zəlzələ zolağı olan Sakit Okean Od Halqasında yerləşir.
KARUSEL / DÜNYA
Tarix: 2-09-2024, 11:20