"Pul yığılması yolverilməzdir" - MÜTDA
5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə olunması ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssisələrinə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib.
Bu barədə agentlikdən məlumat verilib. Bildirilib ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir.
KARUSEL / CƏMİYYƏT
Tarix: 1-10-2024, 12:59