Gəncənin ilk raket atəşinə məruz qalmasından dörd il ötür
Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından dörd il ötür.
Belə ki, ilk raket hucumu 04 oktyabr 2020-ci il tarixdə səhər saatlarında gerçəkləşib. Endirilən 3 raket zərbəsi nəticəsində 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 30-dan çox mülki şəxs yaralanıb. Şəhərin Nəriman Nərimanov, Əziz Əliyev, Əli Nəzmi və digər küçələrində yerləşən 30-dan çox ev tamamilə dağılıb, 100-dən artıq yaşayış evinə, 10-a yaxın nəqliyyat vasitəsinə ziyan dəyib.
Xatırladaq ki, Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 142 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
KARUSEL / ÖLKƏ
Tarix: 4-10-2024, 11:43