mobil versiya

Tələbələr təhsil aldığı dövrdə işaxtaran deyil, iş yeri yaradan şəxslər olmalıdırlar - Nazir




Təhsilimiz müəyyən mənada keçid dövrünü yaşayır. Uzun müddət Azərbaycan ali təhsil müəssisələrinin yeganə vəzifəsi kadr hazırlamaq olub.


Bunu “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə keçirilən Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, uzun illər Azərbaycanın ali təhsil müəssisələrində elmi-tədqiqat istiqaməti üzrə işlər aparılmayıb: “Bilik-bacarıq, daha çox məsələyə yanaşma vacibdir. Təhsilin, elmin sənayeləşməsi uzun müddət tələb edir”.
Emin Əmrullayev müasir dövrdə elm kommersiyalaşdırılmasının vacibliyinə də toxunub.
“İnanıram ki, xaricdə təhsil üzrə həyata keçirilən layihələr uğurlu nəticələr verəcək. Ali təhsil müəssisələrimizin qarşısında yeni çağırışlar durur. Tələbələr təhsil aldığı dövrdə işaxtaran deyil, iş yeri yaradan şəxslər olmalıdırlar”.


KARUSEL / CƏMİYYƏT
Tarix: 8-10-2024, 11:45